Bloq haqqında
Bloqun əsas məqsədi zehni, psixoloji və fiziki sağlamlığın təbliği və bunun sayəsində şəxsi məhsuldarlığın artırılmasıdır. Məzmunların əksəriyyəti öz öyrəndiklərimə və təcrübələrimə əsaslanır. Əsas maraqlı olduğum sahələr neyroelm, psixologiya və kitablar olduğu üçün, dolayısı ilə bütün məzmunlar da bu mövzularda olacaqdır.
Birlikdə çox dərinə düşmədən neyroelmin mürəkkəb, amma bir o qədər də maraqlı dünyasına keçid edib beynimizin sirlərini araşdıracağıq. Neyroelmdəki son kəşfləri öyrənərək koqnitiv gücümüzü artıracaq, beynizimin sağlamlığını qoruyacaq və həyat keyfiyyətimizi yüksəltməyə çalışacağıq 🧐
İnsan davranışları və emosiyaları haqqında biliklərimizi artıraraq psixoloji sağlamlığımızı qorumağı və davamlılığımızı artırmağı hədəfləyəcik. Bu sahədəki trendləri analiz edərək, praktiki məlumatlar öyrənməklə nəinki özümüzə, həmçinin ətrafımıza da kömək etmək bacarığına yiyələnəcəyik 🤩
Kitablar sonsuz bilik mənbəyidir. Yuxarıda sadaladıqlarımızı da əksərən kitablardan öyrənəcəyik. Özümüzü inkişaf etdirmə yolunda bizə işıq olacaq bir çox kitablarla tanış olacağıq. Daha öncə kitablarla yolunuz kəsişməyibsə, birlikdə kitab oxuma vərdişi də qazanacağıq. 📚🫶
Ümumilikdə isə əsas hədəfimiz özümüzü inkişaf etdirərək yüksək zirvələri fəth etmək, bütün maneələri aşaraq yolumuzu açmaq olacaqdır. Yolunuz hər zaman açıq olsun 🤜🤛
Xoş mütaliələr 🤗